EXPLORER

oxumaq qazandırır
explorer 4

Dünyanın ən kiçiyi…

mp3smallDünyanın ən kiçik MP3 pleyeri haqqında eşitmisiniz? Əgər eşitməmisinizsə, sizə lazım olan xəbəri oxuyursunuz. Bir çox şirkətlər daşına bilən texnoloji cihazların ən kiçiyini istehsal etməyə çalışır. Bir çox sahədə ildən ilə daha da kiçik cihazları görürük, istifadə edirik. MP3 pleyerlər də bu qəbildəndir.

Thanko sayəsində siz artıq yanınızda böyük, gözə çarpan, sizi narahat edən, cibinizdə artıq yer tutan MP3 pleyerlərdən xilas olacaqsınız. Dünyanın ən kiçik MP3 pleyeri olmağa namizəd olan bu cihazı, şirkət Micro Sports MP3 Player adı altında bazara təqdim edir. Bu pleyerin əsas üstünlüyü və fərqi siz aktiv hərəkətlər edərkən, idmanla məşğul olarkən hiss olunur. 2GB və 4GB həcmlərə sahib olan bu cihazın həm Windows, həm də Mac əməliyyat sitemlərini dəstəkləyən variantları mövcuddur. Siz asanlıqla USB kabel vasitəsilə kompüterinizdən istədiyiniz musiqi parçalarını pleyerinizə köçürə bilərsiniz.

Tək qulaq üçün hazırlanmış bu kiçik alət qulağa tam uyğun gəlir. İkinci bir qulaqlığı Micro Sports-a qoşaraq siz stereo dinləyə bilərsiniz.

Nəhayət qiymət… Kifayət qədər uyğun qiymətə satılan bu MP3 pleyeri 55 dollara almaq mümkündür. Ətraflı məlumat üçün linkə keçid alın.

Tagged as:

Leave a Response