Explorer 4 satışda
Hardan ala bilərəm?
Explorer juranlının 4-cü sayı Bakı şəhərinin ALMALI, RAMSTORE, NEPTUN, LİDER AS kimi böyük market şəbəkələrində və DNS COMPUTERS mağazalarında satışa çıxarılmışdır. Marketlərdə yerləşən jurnal və qəzet stendlərində jurnalımızın 4-cü sayını tapa bilərsiniz. Hər sayımızda olduğu kimi, bu sayımızda da CD hədiyyə edilir. Aldığınız jurnalın bağlı şəffaf neylon paketdə olmasına və paketin içərisində CD-nin olmasına diqqət edin.
Bu sayımızda nələr var?
Hər zaman olduğu kimi Explorer maraqlı, faydalı, yeniliklərdən xəbər verən məqalələri sizə çatdırmağa davam edir. Bu sayımızda siz internet aləmindən yeniliklərlə, faydalı saytlarla tanış olacaqsınız. Hansı veb səyyahın daha çox istifadə edildiyini, hansının daha sürətli olduğunu bilirsiniz? Öyrənmək üçün Explorer 4 oxumağınız yetərlidir.
Siz LCD monitor və ya uşağınız üçün kompüter alırsınız? Məsləhətləri Explorer 4-də tapacaqsınız. Mobil telefon haqqında istifadəçi rəyi, mobil telefon kodları haqqında məqalə. Hədiyyə CD-də təqdim olunan proqramlar haqqında qısa məlumatlar. Microsoft Office proqramlarının dərsliklərini sizə təqdim etməyə davam edirik. Fotoqrafçılıq dərsləri davam edir. Photoshop dərslikləri və ən son oyunlar haqqında məqalələr də sizə təqdim edilib.
Jurnal tapa bilmirəm, nə edim?
Əgər jurnal tapa bilmirsinizsə bizimlə əlaqə saxlaya bilərsiniz. Bunun üçün info@explorer.az mail ünvanına yazmağınız kifayətdir.





Axir ki gozlediyimiz geldi cixdi. Tebrik edirem
Salam Dostlar yeni Jurnaliniz mubarek olsun..Sizlere bol-bol sanslar ve islerinizde ugurlar..
Tebrikler:D
Əvvəlcə sizlərə öz minnətdarlığımı bildirirəm, çox lazımlı bir layihəyə imza atmısınız.Jurnalınızı bu gün aldım, çox gözəl proqramlar var…Əgər imkan olsa yeni buraxılışınızda bəzi programların keygen kodların istəyir, tapmaqda çətinlik çəkirəm, tanınmış proqramların keygen kodlarını tapsanız çox sevinərəm.Sizlərə Uğurlar!…
salam dostlar sizi tebrik edirem ardi gelsin……..
Her kese salmalar, ilk once jurnalin 4-cu sayinin iwiq uzu gormesi munasibetile butun explorer4ileri tebrik edirem!
Men de kohne explorer4i olaraq 4-cu sayi elde etmek isterdim ,ancaq men Azerbaycanda deyilem, Rusiyanin Sankt Peterburq sheherinden yaziram. Bilmek isterdim ki burda bu jurnalin satishi var? ve yaxud men bu jurnali bashqa bir yolla elde ede bileremmi? Evvelceden teshekkurler…
Tebrikler!!!!!! Maraqli jurnaldir.
Xahiş edirəm tezliklə göndərin
Bəhlul keygen ve bu tipli vasitələr jurnallarda yayılmir bu qeyri qanunidir.
Jurnalınız mübarək, çox gözəl təşəbbüsdü.
Reshad, Sankt-peterburqa gondermek meselesi ile maraqlanib bura yazacam.
Herkese salamlar. Explorer jurnalinin 4-cu sayinin cixmasi munasibetile butun kollektivini tebrik edirem.
Oxumaga deyer heqiqeten cox gozel isdir. Azerbaycanda mence Explorer jurnalina alternativ ola bilecek jurnal hele yoxdu. Ugurlarinizin davamini arzulayiram. Her zaman bele yeniliklerinizi gozleyirik.
Elde etdim ve qane oldum hemisheki kimi eladir
Əvvəla hər birinizi EXPLORER jurnalının IV sayının işıq üzü görməsi münasibətilə təbrik edirəm. EXPLORER heyyətinə dərin minnətdarlığımı bildirirəm…İnşallah daha uğurlu lahiyələrə qol çəkərsiniz!!!
sifarişin qiyməti neçəyədir?
xahiş edirem yazasınız
salam. EXPLORER Jurnali artiq MASALLIDA satisda..unvan :M.Talisxaov pr. Medeniyyet evi ile uzbe uz. DNS_COMPUTERS_MASALLI_Filiali .Mirelem Hesimov Mob: 055-261-88-00 Tel & Fax 0151-5-46-53 Email & Msn Mirelem.h@dns.az
Bi daha salam. Siz bizim jurnalı niyə gətirmirsiniz. Cavab da vermirsiniz bu ən azı hörmətsizlikdir.
Sifariş üçün əlavə bir ödəniş etmirsiniz. Çatdırma tamamilə jurnal tərəfindən qarşılanır. Siz sadəcə jurnalın qiymətində ödəniş edirsiniz.
ne olar jurnali menede gonderinde ….
salam men explorer jurnalinin qiymetlerini bilmek isteyirem online sifarisde evimize getirsinler zehmet olamasa admin_rahdar@mail.ru ya yazin
Sifariş-in ayrıca qiyməti var?
öncəki şərhdə verilmiş suala cavabda bildirdiyimiz kimi, sifariş edildiyi zaman əlavə ödəniş edilmir. bu Explorer jurnalı tərəfindən ödənişsiz həyata keçirilir.
Hörmətlə,
TEZESI YOXDUR HELE