Google Çində başsız qaldı!
Axtarış sistemlərinin ən böyüyü olan Google şirkətinin Çindəki nümayəndəliyinin rəhbəri Kai-Fu Lee tutduğu vəzifədən istefa edib. Bu xəbərin nə üçün bu qədər önəmli olduğunu soruşa bilərsiniz. Ancaq dünya əhalisinin 1/5 hissəsinə sahib olan Çin bazarı hər bir şirkətin diqqət mərkəzindədir.
Google-un Çindəki ən yüksək idarəçisi olan Kai-Fu Lee, 2005-ci ildən etibarən Microsoft şirkətindən ayrılaraq Google əməliyyatlarının başına keçmişdi. “Karyerasında yeni bir səhifə açmağı planlaşdırdığını” söyləyən Kai-Fu Lee, öz şirkətini quracağını və quracağı şirkətin də texnologiya sahəsində fəaliyyət göstərəcəyini bildirib.
Çində çox böyük rəğbət və xalq dəstəyinə sahib olan Kai-Fu Lee, Google üçün bu ölkədə böyük əhəmiyyət kəsb edirdi.



