Microsoft acları doyurur!
Microsoft şirkətinin hal-hazırda keçirdiyi çox maraqlı bir kampaniyaya rast gəldim və bunu sizinlə paylaşmaq istədim. Microsoft son məhsullarından biri olan Internet Explorer 8 versiyasını yükləyənlərin sayını artırmaq üçün qeyri-adi bir layihəyə start verib. Beləki, endirilmiş hər IE 8 məhsuluna görə Microsoft şirkəti FEEDING AMERICA üçün 8 öyün yemək bağışlayır. Bu sayədə gündə bir dəfə 8 ac yemək yeyə biləcək. Bu cür maraqlı kampaniyanı etməyinə səbəb kimi Microsoft tamamilə Internet Explorer 6 məhsulundan canını qurtarmaq istədiyini bildirib. Burada onu da qeyd edim ki, Microsoft Internet Explorer 6 məhsulundan IE 8 versiyasına yüksəltmə (upgrade) edənlərə qarşılıq yemək sayını 2 dəfə artırır və 16 öyün yemək bağışlayır. Bu kampaniya haqqında daha ətraflı məlumat üçün www.browseforthebetter.com saytına baxa bilərsiniz.




Görəsən bu Azərbaycana aiddir?
Azerbaycanda istifadecilerin 95%-i qeyri leqal windows istifade etdiyine gore, yuklenilen IE8 browserleri Microsoft shirketinde qeydiyyata dushmur. Bu da o menaya gelir ki, siz, IE8 yukleyib kompyuterde istifade etseniz bele hec bir ac qalmish, ehtiyyaci olan insana komek etmish olmursunuz.
mən də Zero-nun dediyi ilə razıyam. çətin ki, bunun Azərbaycana aidiyyatı olsun.
Gerek aclari microsoft doydursun Azerbaycanda? Neftin puluna ne gelib ki? O pullarla Azerbaycan xalqi islemese bele disleyer, xebeiniz var?