Microsoft Office dil seçənəklərini dəyiş!
Hörmətli oxucu, yəqin sən də Microsoft Office istifadə edirsən? Bəzən elə olur ki, qarşınızda rusca, ingiliscə yaxud başqa bir dildə Office proqramları olur ancaq sizə tamamilə başqa bir dil lazımdır. Belə olan halda nə etmək lazımdır? Proqramı yenidən qurmaq? Hər dəfə lüğətdən istifadə etmək? Bunların heç birinə ehtiyac yoxdur. Çox sadə üsulla siz istifadə etdiyiniz Office proqramlarının dil seçənəklərini dəyişib, sizin üçün daha asan olan dildə Office proqramlarını işlədə bilərsiniz. Bunun üçün sizə göstərəcəyimiz bir-iki qısa addımı izləməyiniz yetərlidir.
Öncəliklə qeyd edək ki, burada göstərilən addımlar tərəfimizdən Ms. Office 2007 üçün tətbiq edilmişdir. Ancaq eyni yolla öncəki versiyalarda da tətbiq etmək mümkündür.
1. Startmenyusundan Programs > Microsoft Office > Microsoft Office Tools > Microsoft Office 2007 Language Settingsseçirsiniz. (şəklə bax)

2. Qarşınıza çıxan pəncərədə iki əsas dil seçənəyi mövcuddur. Birincisi görünüş (Display Language) dili, ikincisi isə yazı (Editing Languages) dilidir. Bunların hər ikisində sizin üçün lazım olan dili seçirsiniz. Daha sonra OK düyməsini sıxmaqla təsdiqləyirsiniz. (şəklə bax)


3. Dəyişikliyi görmək üçün Microsoft Office proqramlarını bağlayıb yenidən açmağınız lazımdır. (Bəzən kompüteri yenidən başlatmaq da lazım gələ bilər)




teshekurler..Amma ele ms pack ler vatki onlarda dil sechimi yoxdur yeni tan loalizasiya edilmish variantdadir bes onda nece etmek mlazimdir ki dil sechenekleri deyishdirile bilsin..
Sizin jurnallarinizin teze saylari ne ucun cap olunmur? Gozlemekden yorulduq.
Спасибо за замечательную информацию!
Очень понравилось
Склоняю голову!Благодарствую Замечательный пост вышел! Так и развиватся!
dediyin situasiya ile qarsilasmamisam… arasdirariq..
təşəkkürlər
Təşəkkür edirəm dəyərli məlumata gore