EXPLORER

oxumaq qazandırır
explorer 4

Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinə start verilir

millinetAzərbaycan İnternet Forumu Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinin başlanmasına həsr olunan mətbuat konfransını keçirəcək.

Məlum olduğu kimi Milli Net-2009 ölkədə İnternetin inkişafına və populyarlaşmasına dəstək məqsədilə AİF tərəfindən təsis olunan peşəkar İnternet mükafatıdır.

Mətbuat Konfransında Milli Net-2009 Müsabiqəsinin məqsədi, qaydaları, mərhələləri, qiymətləndirmə meyarları haqqında məlumat veriləcək .

Mətbuat Konfransında Milli Net – 2009 Müsabiqəsinin rəsmi saytı – http://www.millinet.az təqdim olunacaq.

Mətbuat konfransı 30 sentyabr 2009-cu il tarixdə saat 12-də TREND İnformasiya Agentliyinin konfrans zalında keçiriləcək.

xeberler.az

Leave a Response