EXPLORER

oxumaq qazandırır
explorer 4

Mobil telefonda 8X zoom

8xHal-hazırki zamanda mobil telefonlar özləri ilə birlikdə gətirdikləri çox ciddi tələbləri və dəyişikləri qarşılamaqda davam edirlər. Bir zamanlar sadəcə danışmaq, SMS göndərmək, saata baxmaq və s. kimi ən primitiv və ən ilkin funksiyaları yerinə yetirməklə yetinən mobil telefonlar artıq bir çox yeni tələblərin ortaya çıxmasına səbəb olurlar. Bunlardan biri də mobil telefonlarda video və foto kameradır. Kamera mobil telefonların artıq ən primitiv özəlliklərindən biri halına gəlib. Beləki, kamerasız telefonu demək olar ki, heç kim istifadə etmir. İndi telefonunda sadəcə kamera olmaqla yetinməyən müşətirlər daha yüksək kəskinlik və daha yüksək zoom özəlliklərini də tələb edirlər.

Mobiscope mobil telefonlarda zoom özəlliyini maksimizə etmək üçün istehsal olunmuş mini obyektivdir. Demək olar ki, bütün mobil telefonlara qoşmaq mümkündür. Cəmi 8x yaxınlaşdırma imkanı var. Bir çox rəqəmli kamerlarda belə bu qədər zoom özəlliyi olmasa təəccüblənməyin. Maksimum 8x zoom özəlliyi olan obyektivlə daha az zoom etmək imkanınız var və bumobiscopenu əllə (manual) olaraq etməlisiniz.

Tagged as: , , , , , , ,

Leave a Response