EXPLORER

oxumaq qazandırır
explorer 4

niyə şərh yazımki?

commentSaytların çoxunda xəbər sonunda şərh yaz, rəy bildir, comment kimi yazılar görürük. Bunlara əsasən bloglarda və ya blog tipli portal saytlarında rast gəlirik. Forumlarda da eyni şəkildə. Yəqinki, bunun nə işə yaradığını bilirik. Bilməyənlər üçün qısaca deyimki, bu həmin mövzuya olan fikrinizi yazmaq üçündür.  Deyəcəksinizki, çoxumuz bunu bilirik. Bəli, əminəmki çoxumuz bilirik. Amma neçə faizimiz əməl edirik? Azərbaycan dilində olan saytlara baxanda,  gördüyüm budurki,  mövzu 100 dəfədən çox oxunub amma 3-5 rəy bildirilib. Bu da onu göstərirki, çoxumuz rəy bildirmirik.  İndi də belə bir sual formalaşacaq: Niyə rəy bildirimki? Və ya şərh yazımki?

Mən də şərh yaxmağın faydaları haqqında yazacam, əgər bu sizin üçün də faydalıdırsa, artıq rəy bildirməyə bir səbəbiniz olacaq.

Rəy bildirməyin faydaları nələrdir?

-       Əgər sizin blogunuz və ya saytınız varsa, rəy bildirmək birinci dərəcədə sizin reklamınızdır. Xəbəri oxuyan ziyarətçi, xəbərin davamında olan şərhləri də oxuyur. Əgər siz maraqlı bir fikir bildirmisinizsə, diqqət çəkə bilsəniz sizin nick-ə tıklayıb, sizin sayta yönlənəcək. Maraqlı fikir sahibinin, saytı da maraqlı olar düşüncəsi ilə.

-       Bir xəbəri oxuduqdan sonra, o xəbərə yazılan şərhlər nəticəsində xəbərin doğruluğu haqqında məlumat alırsınız. Və yaxud bir program verilmişdir. Həmin program haqqında yazılan şərhlər əsasında, proqramın nə qədər istifadəyə yararlı olduğu, tərkibində virus olub olmadığı haqqında məlumatınız olur.

-       Siz şərh bildirməklə, xəbəri bəyənib bəyənmədiyiniz haqqında da məlumat verirsiniz. Və bloggerlər vəya digər sayt sahibləri də,  istifadəçisinin bəyəndiyi xəbərləri müəyyən edib, onların bəyənəcəyi xəbərləri yerləşdirəcəkdir sayta.

-       Bir məhsul alacaqsınızsa, həmin məhsul haqqında istifadəçilərin yazdıqları şərhləri də oxumağınız məsləhətdir. Şərhlər nəticəsində, məhsul haqqında daha çox məlumat sahibi olacaqsınız.

Şərhlərin çoxluğu həm istifadəçi üçün həm də sayt sahibi üçün önəmlidir. Düşününki hər şey qarşılıqlıdır. Siz xəbərlərə rəy bildirdiyiniz kimi, digər oxucular da xəbərlərə öz fikirlərini bildirirlər. Siz başqalarının fikirlərindən faydalandığınız kimi, başqaları da sizin fikirlərdən faydalanırlar. Düşününki, siz fikir bildirməsəniz sizin kimi digər oxucular da xəbər bildirmədən keçəcəklər. Və siz oxucuların fikirlərindən faydalana bilməyəcəksiniz. Siz saytda yayımlanan məlumatın doğruluğunu qəbul etməli olacaqsınız. Və belə hallarda ,  sizi viruslu programlarla aldatmaq ehtimalları çoxdur. Başqa saytlarda və ya forumlarda belə hala çox rast gəlmişəm. Viruslu program yayımlayırlar, amma istifadəçilər rəylərdə bunun  viruslu olduğunu bildirirlər. Digər istifadəçilər də,  şərhlərdə viruslu olduğunu öyrənib eyni tələyə düşmürlər.

Şərh yazın deyəndə düşünməyinki,  geniş bir məlumat yazmalısınız. Və ya düşünməyinki, mənim 1 kəlmə yaxşıdır və ya pisdir deməyim nəyi dəyişəcək? Sizin 1 kəliməniz çox şey dəyişəcək. Xəbəri oxuyan istifadəçilərin yarısı yaxşı və ya pis olduğunu bildirsə ,  sayt sahibi xəbərin bəyənilib bəyənilmədiyini öyrənəcək. Və sizin istədiyiniz xəbərləri saytda yayımlayacaqdır.thinking

Nə edimki,  şərh yazsınlar?

Şərh yazılmamasının səbəbkarı təkcə oxucu deyil. Saytı ziyarət edənlərin çox hissəsi ancaq məlumat oxumaqla kifayətlənənlərdir. Çox az hissəsidiri, sizin blogda vəya saytda şərh yazır , fikirlərinizə qoşulur və ya etiraz edir. Sayt sahibi də elə birşey yazmalıdırki, oxucu rəy bildirmək ehtiyacı hiss eləsin. Şərh yazmaq ona maraqlı gəlsin. Bu sayt sahiblərinin, bloggerlərin öhdəsinə düşənlərdir. Yazımda “bloggerlər və ya sayt sahibləri” ifadəsi əvəzinə “blogger” deyərək davam edəcəm. Məlumatlar demək olarki hər sayt üçün eynidir. Nələr edə biləcəyinizi bir neçə bənd şəklində yazım:

-       Şərh sistemini sadələşdirin. Şərh yazmaq üçün əngəllər qoymayın. Qoyduğunuz əngəllər,  şərh yazmaq istəyən istifadəçilərin çoxunu fikrindən yayındıracaqdır. Hətta şərh yazmağı bilməyənlər üçün, kiçik yardım pəncərəsi də hazırlaya bilərsiniz. Əgər təhlükəsizlik üçünəngəllər qoyursunuzsa, saytınızda qeydiyyat sistemi qurun. Və kifayət sayda oxucu qazandıqdan sonra, ancaq oxucuların şərh yazmasına icazə verə bilərsiniz. Bu yenə şərhləri azaldacaqdır. Amma kifayət sayda oxucu kütləsinə sahib olduğunuz üçün bu azlığı hiss etməyəcəksiniz.

-       Suallar soruşun. Postun sonunda oxucuya müraciət edin. Onun fikrini soruşun. Bu oxucudan cavab almaq üçün yaxşı üsuldur. Sual soruşarkən, səmimi olmağı və öz cavabınızı, fikrinizi yazmağı da unutmayın.

-       Postun sonunda mövzunu bağlamayın. Fikri qətiləşdirməyin. Oxuculara da deyəcək söz qalsın.

-       Başqa bloglarda şərh yazın. Dİgər oxuculardan fərqli şərh yazın. ”Yaxşıdır, bəyəndim” kimi kəlimələrlə kifayətlənmiyin. Sİz də bloggersiniz, bu mövzudakı fikirlərinizi yazın. Postu oxuyan istifadəçi, sizin şərhinizi də oxuyacaqdır. Və ona maraqlı gəlsə, sizin bloga da baş çəkəcəkdir. Yüksək reytinqi olan bloglarda rəy yazmağa üstünlük verin. Ordakı istifadəçiləri özünüzünkiləşdirin.

-       Yazılan şərhlərə mütləq cavab yazın. Beləliklə siz oxucunuzla ünsiyyətdə olmuş olacaqsınız. Onun yazdığı şərhin dəyərli olduğunu bildirəcəksiniz.

-       Şərhlərə səs vermə sistemi qurun. Oxucular postlara dəyər verdikləri kimi, şərhlərə də dəyər verə bilsinlər. Bu zaman daha samballı şərhlər blogunuzda  görərsiniz. Hətta müəyyən period ərzində ən çox səs toplayan şərh sahibinə hədiyyə də verə bilərsiniz. Bu oxucularınızı daha aktiv olmağa sövq edəcəkdir.

-       Digər bloggerlərlə həmişə ünsiyyətdə olun, heçkim yazmasa da onlar sizin yazınıza şərh yazacaqdır. Adi bir istifadəçi görəndəki, kimsə şərh yazıb o da şərh yazacaqdır. Əsas ilk şərhi almaqdır.

-       Mübahisə ediləcək mövzular da seçə bilərsiniz. İstifadəçilər, bəzən tənqidlərini yazmağa daha çox ehtiyac hiss edirlər.

Nəticə olaraq,  şərh yazmaq bir paylaşım mədəniyyəti olub artıq. Faydalandığınız məlumata fikir bildirmək, bir növ aldığınız faydanın qarşılığı kimidir.  Yazılara şərh yazmaq,  paylaşmaq hissini artırır və nəticədə daha çox məlumat sahibi oluruq. Azərbaycan dilində məlumat azlığından şikayət ediriksə, 1-2 cümlə ilə fikrimizi ,  bildiyimizi paylaşmağa tənbəllik etməyək.

Tagged as: ,

7 Comments

  1. saqol qaqa yaxsi meslehetdi.tesekkur sene bele bir melumat yerlesdirdiyincun. raziyam deyilenlerle

  2. Azerbaycan NET mekaninin en yarali yerlerinden biridi mence. insanlardan feedback gelmir. hec kim en azindan bir iki kelime istifade etdiyi, oxudugu melumata gore tesekkur etmir. en onemlisi ise insanlarimiz hemiseki kimi oz fikirlerini paylasmaqdan uzaqdir.

  3. çox sağol.faydalı oldu…
    bir şeydə əlavə edim, saytınızda vəya bloqunuzda şərh yazanları artırmaq üçün müəyyən miqdarda şərh yazanlara xüsusi statusda verə bilərsiz.

  4. təklifləriniz bizim üçün çox önəmlidir. zamanla bu istiqamətdə də müəyyən yeniliklər olacaq.

  5. Mən forum dəlisiyəm. Forumdan sonra bloglar mənə nəsə sıxıcı gəlir=))

    Ama, bu blogda maraqlı nəsə var=))

  6. bəyəndiyiniz üçün, gəldiyiniz üçün təşəkkürlər.
    əgər sizin üçün faydalı nəsə yaza biliriksə bu bizi sadəcə məmnun edir.

  7. Salamlar.Əvvəla sizə azərbaycan dilli saytın yaradılmasına görə öz təşəkkürümü bildirirəm.Ana dilli internet resurslarının yayılmasını hər zaman alqışlamışam.Sizə bu fəaliyyətdə uğurlar və müvəffəqiyyət arzulayıram.Səhifənin dizaynı və informativliyi də ürək açandır.Ümıd edirəm ki, bu səpkidə olan məqalələr çox olacaq.Uğurlar!

Leave a Response