EXPLORER

oxumaq qazandırır
explorer 4

Onlayn kitab almaq istəyirsən?

kitab[1]Elektron ticarət, alış-veriş günbəgün daha da sürətlə inkişaf edir və öz əhatə dairəsini genişlədir. Son zamanlara kimi Azərbaycanda ümumiyyətcə elektron alış-veriş heç müzakirə olunmurdu. Amma artıq elektron dövlət müzakirə olunur. Tələbələrin, gənclərin çox vaxt almaq istədiyi ya texnoloji avadanlıqlar olur, ya da kitablar. Kitabların baha olması isə tərəddüdlərə səbəb olur. Əgər siz xarici ədəbiyyatla maraqlanırsınızsa, onlayn kitab almaq və bunu ən optimal qiymətə həyata keçirmək istəyirsinizsə o zaman düzgün məqaləni oxuyursunuz.

Dünyada hamı tərəfindən onlayn kitab deyiləndə ilk yada düşən sayt Amazon.com olur hər halda. Elə mən də həmin internet istifadəçilərinin arasında idim. Amma son günlərdə ehtiyacıma uyğun olaraq kitablar axtarırdım. Qarşılaşdığım sayt həqiqətən sözün əsl mənasında mənim üçün tapıntı oldu. Məqaləni oxuyanlar arasında bu saytı bilənlər də ola bilər, ancaq bilməyənlər üçün mənim kimi tapıntı olacağından əminəm. Sözü gedən sayt booksprice.com

Saytın əsas fərqi və üstünlüyü nədir? Booksprice.com saytında siz bir başa alış-veriş etmirsiniz. Bu saytın əsas məqsədi sizin axtardığınız kitabı mövcud ən məşhur kitab satışı ilə məşğul olan saytlardan axtarıb tapmaq və qarşılaşdırmaqdır. Bu saytların arasında siz Amazon.com, ebay.com kimi ən məşhur kommersiya saytlarını da görəcəksiniz. Saytdan heç bir tərəddüdsüz istifadə edə bilərsiniz, şəxsən istifadə etmişəm və 4 kitab almışam. Kitablar indi məndədi, istifadə edirəm. Bir çox hallarda görəcəksiniz ki, sizin axtardığınız kitablar Amazon.com, ebay.com kimi məşhurlarda çox baha qiymətlə satılır. Eyni kitabı booksprice.com saytının təqdim etdiyi saytlardan daha ucuz qiymətə ala bilərsiniz. Həm də yeni kitabları.

Saytın əsas üstünlüyü mənə görə istifadə sadəliyi (buna ingilislər “user friendly” deyirlər) və bir neçə yöndən axtarış imkanıdır. Beləki, siz kitabları kitabın adına görə, müəllif adına görə və ISBN koda görə axtara bilərsiniz.

İstifadə edərkən çətinliyi olanlar suallarını yönləndirə bilər.

Tagged as: , , , , , ,

5 Comments

  1. Belə, şablon olacaq. Ama həqiqətən DƏYƏRLİ məlumat üçün təşəkkürlər!!!

  2. məlumatları dəyərli edən siz oxucularımızsınız.
    əgər faydalı oldusa özümüzü xoşbəxt hiss edirik.

  3. Ne deyim??? Cox sevindiricidir ki, milletimizin siz yashda butun gunu colde-bayirda avaraciliqla meshqul olan, omrunde bir kitab uzu bele acmayan, ya da acsa da acdiqinin ne olduqunun ferqine varmayan ovladlari ile yanashi sizin kimi aqilli, savadli ushaqlari da var. MashALLAH, nece deyerler:)Men ozum oz olkemiz ucun kifayet qeder tehsilli biri sayilsam da, xaricde tehsil almaq ve ADAM olmaq kimi bir arzum ureyimin derinliklerinde belke ALLAHin her gunu, her saati meni narahat edir, cox teessuf edirem…..Amma eminem oqlum olarsa bir gun, ondan sizin kimi, ve yeri gelende daha aqilli, kamali azeri ovladi duzeltmeye calishacam, alinmasa da gunahi oz boynuna:) Semimi deyirem. Bir nece meqalenize baxdim goz ucu da olsa, en azindan gozel dushunme, tehlil bacariqiniz var heyata dair, sadece la-la-la deyil…Cox saq olun ki varsiniz. Milletimizin geleceyik, ne qeder dushuncele olsaq xeyrimizedir. Uqurlar!

  4. umumiyyetle online alis veris rahatliqdir….hemde magazalardaki qiymetlere nisbeten xeyli ucuz olur…

  5. Cox maraqli meqaledir…Hamniza tesekkurler!

Leave a Response