Tənqid: nəyə görə ödəyim?
Bütün Explorer oxucularını bu məqaləni oxumağa və əlinin çatdığı hər kəsə çatdırmağa dəvət edirəm. İndi isə keçim əsas mətləbə.
Bildiyiniz kimi, elektron aləmdə olan biznes günü-gündən inkişaf edir, yayılır və hər kəs bu sahəyə daxil olmaq istəyir. Səbəb? Çünki çox rahat qazanırsan və çox qazanırsan? Çox qazanırsan dedikdə məqsədim, qazancın effektivliyini vurğulamaqdır. Çox az xərc və maliyyətlə çox böyük qazanclar əldə edə bilərsiniz, hansı ki, bunu “Qazanc / Xərc = Effektivlik indeksi” düsturuyla hesablanılaraq effektivliyin hansı səviyyədə olduğunu tapa bilərsiniz. Azərbaycanda onlayn ödənişli xidmətlər mövcuddurmu? Artıq bir neçə layihə var, yaxud hazırlıq mərhələsindədir.
Hamının uzaqdan və ya yaxından tanıdığı AzəriBlog heyəti də “asan qazanc” yolu tapıb. Bir müddət ödənişsiz fəaliyyət və Azərbaycan üçün böyük sayıla biləcək kütlə, tamaha düşüb “xidmətləri” (hansı xidmətləri bilmirəm) ödənişli etmək qərarına gəliblər. Mənim AzəriBlog-da üç bloqum var idi. Ona görə istifadə etmirdim ki, AzəriBlog əvəzolunmazdır, ona görə istifadə edirdim ki, özümüzünküdür. AzəriBlog-un fəaliyyətə başladığı gündən heç bir inkişaf göstərmədiyini əminliklə deyə bilərəm. Nə yeni bir skript, nə yeni bir add-in, nə yeni bir plug-in, nə yeni bir imkan… Heç nə. Hətta yaratdığın bloqu “SİL” düyməsinə klikləyib silə də bilmirsən, çünki heç belə bir düymə yoxdur. Və buna görə irad da yazmışdım, heç quru cavab da gəlmədi.
İndi soruşuram: “Ay AzəriBlog, Yumroo, Blogy.az, Blogger, Wordpress kimi rəqiblərin var ikən, və onlar hamısı ödənişsiz xidmət göstərərkən, hansı məntiqli insan sənə 10 AZN ödəyib sənin “xidmətindən” istifadə edər? Mən şəxsən bu gündən sonra heç ödənişsiz etsəniz də istifadə etməyəcəm. Çünki bu sadəcə insanları soymaqdır.”




Sizdə belə başa düşürsuzdə. azeriblog kimi sisteme blogy kimi bir gündə pulsuz scriptlə düzələn saytı rəqib bilən şəxsin tənqidi, təkilifi kimə önəmli olacaq ki?
Mən başa düşə bilmirəm axı bu azəriblog nəyi ilə özünü belə lider hesab edir? bu işlər sadəcə skriptlərlə həll olmur. bu məsələnin biznes və marketinq tərəfi də var. əgər siz bazarda ortaya çıxmış ən zəif sistemi belə (bu hazır skriptlər üzərində qurulmuş olsa belə) özünüzə rəqib hesab etmirsinizsə sizin biznes anlayışınıza təəccüb etmək məcburiyyətindəyəm.
o ki qaldı sizin skriptlərə. mən sizdə fərqli, unikal heç nə görməmişəm. ən primitiv misal: yaratdığın blogu silmək imkanın yoxdu. bunu hansı məntiqlə etmisiz bilmirəm amma bu misalı verməkdən yorulmayacam, çünki sizə dəfələrlə bu mövzuda xahiş etmişəm, bir dəfə belə qısa cavab gəlməyib.
camaatı soymaqla bir yerə çıxa bilməzsiniz. 10 AZN ödəyənlər, yaxud ödəmək istəyənlərə deyirəm: aldanmayın, dünyada saysız hesabsız bloq sistemləri var. heç nə demirəm Wordpress kifayət edir. tərcümə edim Azərbaycan dilinə yekunlaşdırım, hər kəslə paylaşacam, öz dilimizdə bloqumuz olacaq. azəriblog da Azərbaycan dilini özünə bayraq edə bilməyəcək.
Boş boş sozlərlə danişıb özünu razi etmək isteysənsə, gündə 10 dəfə belə yaz.
buna tənqid deməzlər buna paxıllıq diyərlər.
ona görə hesablarda blogu silmək imkanı yoxdur ki əgər bir zaman bir istifadəçinin parolu başqasının əlinə düşsə 2 saniyədə istifadəçilərin bütün zəhmətlərin silməsinlər. kimsə bloqın sildirmək istəsə bir email atır adminə, istədiyi bloq silinir.
qaldi sonraki məsələ.
AzəriBlog bir şəxsi saytdır. kimind
ə özünə və dədəsinə borcu yoxdur ki hər zaman pulsuz xidmət versin. 2 ildən çox pulsuz xidmət verdi bəsdir. indi kimsənidə sizin dediyiniz kimi soymur! kimsə sistemi bəyəni orda bloqçuluq etmək isteyir ödeyib qalsın kimsədə istə
mir və saytda bir üstunlik görə bilmir yaxşı yol. Azəriblog sistemin wordpress və ya blogger kimi blog sistemlərilə muqayisə edən şəxs demək olar ki internetdən və biznesdən heç nə anlamır. google və onun kimi pulsuz sistemlər var və kifayət qədər başqa xidmətlərindən qazanırlar. başqa xidmətlətin bloq xidmətində reklam edib istifadəçi qazanmaq üçün bloq xidmətin pulsuz verirlər. amma typepad.com kimi bloq sistemi ki başqa yerdən qazanci yoxdur pullu bloq xidmətin təklif edir. həmdə çox baha. amma orda sizin kimi biri demir ki niyə blogger pulsuzdur siz pullu? çunku cavabı budur sizə heç daxli yoxdur. mənim sistem pulludur kimsə isteyir gedib bloggerdən pulsuz istifadə etsin və ya başqa saytlardan. kimsəni saytdan istifadə etməyə məcbur etməmişəm kimsədə bu sistemin xidmətlərində oldıqı kimi istifadə etmək isteyir, illk bebilə və ya aylıq bebilə ödəməlidir.
sistemi özüm yaratmışam, scriptin özüm qurmuşam və bütün xərclərində özüm ödəmişəm. heç kimində bu sistemdə copy right olaraq haqqı yoxdur.
indi kimə nə var ki bu sistem pulludur. pul verə bilmirsən? bizi bəyənmirsən? sistemi yüksək bilmirsən? və ya başqa min səbəb üçün burda olmaq istəmirsən, yolun açıq get istədiyin yerdə yaz. yaxşı yol və uğurlar Tamam
mən təhqir etmədim, tənqid etdim. görürəm ki, sən təhqirə keçirsən.
siz fərqli bir marketinq izləyə bilərdiniz, istifadəçilərdən pul qoparmaq yoluna yox, şirkətlərlə əməkdaşlıq edib, sponsor, reklam cəlb edib qazana bilərdiniz. amma sadəcə yerinizdə oturub qazanmaq fikriniz var. və inşallah alınmaz. çünki mən bizim milləti talayan hər kəsi qarşımda görürəm, yanımda yox.
eyni şeyi elə sənə deyirəm, qazana bilmirsən? skriptlə iş bitmir. bacarmırsan bağla saytı yaxşı yol. sənin kimi zəiflərə bazarda yer yoxdur. AzNet sahəsində sən və sənin kimi qeyri-peşəkarlar olduğu müddətcə bu sahə inkişaf edən deyil.
bundan sonra mən çalışacam şərhinə şərh yazmayım. şərhini silinməyəcək şəkildə yazmağını da səndən xahiş edirəm. hər kəs özünü müdafiə edə bilər, amma çalış əxlaq normativlərinə riayət edəsən.
Bəylərrrrr, sülh elan edirəm
Azəriblog, həqiqətən də zəhmət çəkilmiş bir sistemdir. Onu blogy vəya yumru ilə yanaşı tutmaq olmaz. Azəribloğun pullu xidmət vermək istəməsi, onun real haqqıdır və onun biznes strategiyasıdır. Hərkəs pul qazanmaq istəyir, çəkdiyi zəhmətin bəhrəsini görmək istəyir. Səhv də olsa, düz də olsa bu onların biznes strategiytasıdır və bunu belə qəbul eləmək lazımdır.
Sonra, … . Əfsun da , məsələyə biznes yönündən baxır və haqlı iradları var. Azəriblog inkişaf eləmək istəyirsə, mütləq bütün tənqidləri dinləməli hətta tənqid edənlə ünsiyyətə girib onunla məsləhətləşməlidir. Çünki tənqid edənin çox zaman tənqidə çözümü də olur
Bir dəki, bizim cəmiyyət elədirki , bizim insanlar hərşeyi tərifləməyi xoşlayırlar. Ona görə də təriflərə aldanmaq lazım deyil. Azərilog, bugün sizi tərifləyənlər sizə xoş gələ bilər, amma sabah yanınızda olmayacaqlarına əmin olun. Ona görə də, hər iki tərəfi dinləyin.
Biz sadəcə bəyənmədiyimiz yönləri göstərib, öz tövsiyyəmizi verə bilərik. Əlbəttə son qərar Azərbloğun və onun istifadəçilərinindir.
Azəribloğun xərci təkcə sistemi yazmaq deyil. Onun server xərci və əlava bir sıra xərcləri var. Pis çıxmasın, pis gündə saytlar reklam ala bilirlərsə amma Azəriblog reklam ala bilmirsə, deməli marketing strategiyasını səhv qurubdur.
Mənim fikrimcə, xərcləri qarşılamaq üçün pullu xidmət ən son atılması gərəkən addımdır. Əvvəlcə reklam gəlirlərinə yönəlmək lazımdır. Azərbaycan bazarını araşdırıb reklam cəlb eləmək olar. Blogları kateqoriyalara ayırıb, müəyyən kateqoriyadakı bloglara reklam almaq daha məntiqli addım olar. Daha sonra, postların sonunda google adsense reklamlarını səliqəli şəkildə yerləşdirmək olar. Bu bloğun görünüşünü pozmur və çox səliqəli durur.
Əgər siz İrandasınız deyə Azərbaycan bazarına girə bilmirsinizsə, hökmən Azərbaycanda işi bilən biri ilə danışmalısınız. Siz Azərbaycan bazarına girmədən, Azərbaycan üçün xidmət verməyiniz alınmaz.
Pullu xidmətə gəlincə, yenə da başqa sistemləri araşdırıb onların təcrübəsindən faydalana bilərsiniz. “Kim blog istiyirsə, 10 azn versin bloğu olsun” fikri, çox primitivdir. Bu təklifi təkmilləşdirmək lazımdır.
Yaxşı olarki, blog xidməti pulsuz olsun. Və bir sıra xidmətləri pullu edəsiniz. Misal üçün, bəzi pluginləri əlavə etmək, domain bind, premium theme, və s. kimi pullu xidmətlər vermək olar. Bu məncə daha doğru addım olar və istifadəçilər arasında da narazıçılıq olmaz.
Bir dəki, sizi nə qədər tənqid eləsələr də, onlar sizin istifadəçilərinizdir. Onlara bəyənmirsənsə yaxşı yol deməkdənsə, bəyənəcəyi təklifi verib saxlamağınız daha faydalı olar
Uğurlar!!!
tamamilə razıyam. mən demirəm azəriblog zəhmət çəkməyib. zəhmətlərinə hörmətlə yanaşıram. amma bu bazara girən ilk öncə fədakarlığı nəzərə almalıdır Baba. bizim kimi. əgər lazımi səviyyədə xidmət yoxdursa, bu qədər zamanda yenilik yoxdursa və üstəlik “istəməyənə yaxşı yol” deyilirsə burda həqiqətən tənqid olunacaq bir şey var. özün də bilirsən ki, biz dəfələrlə azəribloğu müzakirə etmişik öz aramızda, və təqdirlə yanaşmışıq onlara və hətta necə dəstək edə bilərik jurnalımızda deyə danışmışıq da. əgər bizdən kömək lazımdırsa əlimizdən gələni biz də edək. bu bazardakı iki rəqib kimi davranmayaq, iki dost kimi məsləhətləşək.
mənim də bu məqaləni yazmaqda məqsədim o idi ki, azəribloğu camaatdan 10 manatlar istəməkdən ziyadə, reklam və digər promoşn fəaliyyətlərindən qazanmağa istiqamətləndirim.
bir də mən azəribloğu yumru və digər sistemlərlə texnologiya, skript baxımından deyil, marketinq baxımından qarşılaşdırdım və rəqibdir dedim. burda kim güclüdür məsələsi deyil, rəqib məsələsi var.
Çox sağol (əxlaqsız söz silindi).
sözləriniz barədə fikirləşib qərari vermişik və hətta bu barədə istifadəçilərimizədə müraciət etmişik.
http://news.azeriblog.com/2009/08/24/azeriblog-istifadechilerine-muraciet
hər halda bu bizim qərarımızdır. düz və yaxud səhv
sizədə uğurlar
tənqıdim mənası var. mən bu şəxsin burada yazdıqı sözləri tənqid kimi bilmirəm. bu yazını faceBookda səhərdən 20 dəfə təbliğ etdiyini də.
AzeriBlog: işiniz uğurlu olsun. amma işə çox yuxarıdan başlamısınız. heç kim 10 manat bu xidmətə ödəməz. bu maksimum 1 manat ola bilərdi və siz bundan daha çox qazana bilərdiniz nəinki 10 manatdan.
Əfsun: sən bir az geniş fikirləşirsən, bu sistem hələ ki bizdə oturmayıb. yəqin səhvlərini başa düşərlər.
burda mənim yazdıqlarım sadəcə və sadəcə tənqiddir, iraddır. birincisi azəribloğun keçmiş istifadəçisi kimi, ikincisi də Explorer jurnalının redaksiya heyətinin üzvü kimi. təhqir və qeyri etik sözlər işlətmək sadəcə hər kəsin aldığı tərbiyəni göstərir.
facebook yaxud başqa bir yerdə nəsə yayımlamaq üçün kimdənsə icazə almaq kimi bir tələbin olduğunu bilmirdim.
Explorer bunun üçün mövcuddur. lazım gələndə tənqid, lazım gələndə təqdir üçün. nə isə bir iradımız varsa, sizin də etirazınız varsa tərbiyəli insanlar kimi müzakirə edə bilərik məncə
he gencler eslinde qizgin mubarize gedir. her iki terefi taniyan bir adam kimi men de serh yazmaq isteyirem. Duzdur artiq men bileni uzun muddetdir Azeriblogun maliyye problemleri var. Cox yaxsi yadimda admine bir defe yazmisdim ki bizim bir proyekt var ona sponsor axtaririq. O da mene yazdi ki, ele biz ozumuzde sponsor axtaririq.
Amma mencede siz en son atilacaq addimi atmisiniz. istifadecilerin sayi keskin azalacaq. Yada artma olmayacaq. Cunki userler “blogu sile bilmirler”. En sade misal kimi “free download” termini goturek. webde en cox yayilan termindir. indiki dovrun marketinq dusuncesi “free” servis gostermekdir. Ozude bazarda bu qeder reqabet olan yerde. Insanlar pul vermek eveziine alternativleri sececekler.
Men Babani heqiqeten de alqislayiram. Onun exploreri duzub qosmasi dogrudan agirr emeyin sayesinde basa geldi. En azindan ondan marketinq strateqiyasi haqqinda meslehet gotursen cox yaxsi olar.
Cox sevinerdim eger qerariniza bir daha baxsaniz ve bu sahede tecrube olanlarla meslehetlesseniz.
birde mence “10 manat” seklide hec elana yarasmir…………..cox primmitiv gorunur
Size UGURLAR………….
Hamını salamlayıram. vvəla bir sistemi vəya fəaliyyəti tənqid edən bir kəs gərək özü qüsursuz olsun ki, başqasını tənqid etmək statusuna malik olsun. Bu jurnal bildiyim qədəriylə Azərbaycanda tək jurnaldır ki, həm virtual həm də real formada fəaliyyət göstərir amma saytın yarısı ingiliscə, yarısı türkcə, yarısı da azərbaycancadır. Bu internet haqqında çıxan jurnalın ən böyük ayıbıdır. Yenə başqa mövzuda olsaydı dərd yarı. Bu mənim jurnal haqqında tənqidim.
Mən AzeriBlogun yaradılmasında sıfırdan başlayan birisiyəm və Aznetdə fəalyyət göstərdiyimə və təcrübələrimə əsasən bu blog hələ yaranmaq istənəndə sərmayə buraxan dostuma dedim ki, bax bu saytdan sən qazanc məqsədi güdürsənsə buna nail ola bilməyəcəksən aa.. Onda mənə səmimi cavab verdi ki, mən qazanc üçün yox, Aznetin inkişafı və dilimizin internet məkanında təkmilləşməsi üçün çalışıram. Sayta verilən reklamlardan serverin pulunu çıxardsaq kifayətdir. Dedim oldu, amma sözün düzü reklamlardan da qazanacağına inanmıram. (Başına gələn başmaqçı olar) Niyə inanmıram? Çünki ağızdolusu danışdığınız biznes-marketinq məsələsi Aznet məkanında yox dərəcəsindədir. Çünki həmin reklam bazarı hər bir şeydə olduğu kimi monopoliya olunub. Bir -iki şəxsin və ya qrupun əhatəsindədir. Onların izni, qərarı olmadan hansısa sayta reklam tapmaq, biznes-marketinq əlaqələri qurmaq hardasa imkansızdır. istəyirsən günlük 10 min ziyarətçin olsun xeyri yoxdur. Dostlar gəlin özümüzü aldatmayaq.
Azeriblogun sıfırdan indiki vaxtına qədər hər bir şeyi üzərində zəhmət çəkilib və texniki baxımdan bütün imkanları da sıfırdan yaradılıb, heç bir script və ya saytdan istifadə olunmayaraq. Proqramistlər, webdizaynçılar, scriptçilər, server adminlər, saytın özünün texniki maddi xərcləri bunlar hamısı şəxsi pullarla ödənib. Yaranandan bəri nə Adsense, nə də digər reklamlardan heç toplamda 100 USD belə gəlir qazanılmayıb. Bu bizim bacarıqsızlığımız deyil Azərbaycan internet istifadəçisinin əfsuslar olsun ki, səriştəsizliyi və Aznetin səviyyəsinin göstəricisidir! Nə qədər yazdıqlarıma qarşı gəlsənizdə bunlar acı həqiqətlərdir. Bu Aznetdə olduğum müddətdə gördüyüm iyrəncliklər, çəkdiyimiz zəhmətlərin qarşılığındada həmişə yuxarıda yazılan yazılar kimi cavab almışıq. Bu da istər istəməz insanı özündan çıxardır və zəhmətlərin hədərə getdiyini göz önünə qoyur.
Əslində bu məsələ gedib milli düşüncəyə, mentalitetə, Azərbaycan insanının düşüncə tərzinə dirənir amma mən bu mözvulara girmədən ən sonda bunu demək istəyirəm ki, bu millətin insaf deyilən dəyəri olmalıdır zənnimcə. Onu da yaddan çıxartmaq lazım deyil!
Birbaşa reklam məsələsnə gələk. Azərbaycanda internet reklamlarına maraq var. Siz reklam ala bilməmisinizsə, deməli nəyisə səhv eləmisiniz! İlk səhviniz, bütün blogları reklama qatmaqdır. Siz kateqoryalara ayırmalısınız blogları və kateqoriyadakı aktiv blogların statistikasına uyğun olaraq hər kateqoriya üçün ayrıca qiymətləndirmə eləməlisiniz!
Bu zaman hədəf kütləni müəyyən eləmək daha asan olacaq və reklam verən lazımsız yerdə reklamı yayımlandığı üçün əlavə pul verməyəcək!
Sonra gələk google adsense xidmətinə. Siz sadəcə bir blogda google reklamı yerləşdirmişdiniz səhv eləmirəmsə. Siz yenə də başqa sistemlərin təcrübəsindən istifadə eləmədiniz. Mən təklif eləmişdimki, postların sonuna adsense reklamı qoyun. İblog bundan istifadə edir və çox səliqəli görünür. Mənə cavab olaraq yazıldıki, “biz istifadəçilərimizin rahatlığını əsas tuturuq”
Siz bu sözünüzü 2 dəfə pozdunuz.
1- sizin bloglarda qoyduğunuz o üstdəki çərçicə daha çox narahat edir adamı.
2- “istiyirsən 10 manat ver istəmirsən sağol!” – deməkdənsə istifadəçini elə narahat eləsəniz daha yaxşı olar
Reklamdan gəlir olmuyubsa, deməli siz qazana bilməmisiniz! bunu qəbul edin!
Babanın dediklərinə eynilə qatılıram və əlavə edirəm:
Mənim Azəriblog-un gördüyü işi kiçiltmək, ya da ümumilikdə çəkilən zəhmətin mənasız olduğunu demək kimi bir məqsədim yoxdur. belə bir fikrim olsaydı, Azəriblog sistemində 3 aktiv blog-um olmazdı. və onlardan biri ən çox görünənlər siyahısındadır. mən sizin gördüyünüz işin qarşısında baş əyirəm, necə ki, elə özümüz gördüyümüz jurnal işi də ən az sizin iş qədər qarşısında baş əyilib, təqdir göstəriləcək işdir. mən bizi bilirəm, hardan hara gəlmişik, və necə davam edirik çox gözəl bilirəm. özümü çıxıram, bu jurnalda iş görən hər bir yoldaışımın qarşısında baş əyirəm, tam səmimiyyətimlə.
məqaləmdə də qeyd etdiyim kimi, mən Azəriblog-u ona görə istifadə etmirdim ki, mükəmməl və əvəzolunmazdır, ona görə istifadə edirdim ki, özümüzünküdür.
mənim tənqidim sizin bu 10 manat-ınıza qarşıdı qardaşlar. bu tənqidimə görə təhqir də gördüm. məsələ sadəcə sıfırdan skript yazmaqla qurtarmır, bunu qəbul edin.
Salam eziz redaktor .Sizin fikrinizle tam raziyam.
Amma bir meqama da diqqet yetirek ki bu saytin da ayaqda qalmasi ucun
maddi vesait lazimdir . Bir azerbaycanli olaraq hamimiz her sheyi pulsuz istifade
etmeye oyrenmishik . Maliyye olmadan nece inkishaf ede biler .Men texniki cehetden
azeri saytlarinin coxunu analiz etmishem ve coxusunda da catishmamazliqlarla qarshilashmisham.
Yeqin ki razilasharsiniz ki Azerbaycanda wordpress kimi bir blog da yaratsan ayaqda dura bilmez.
Mence onlari da qinamagin yeri yoxdur o qeder.Umumiyyetle bele getse normal reklam ,online marketing
bizde 2020 -de yaranacaq.Bundan bashqa sizin de oz saytinizi bir xeyli inkishaf eletdirmeyiniz lazimdir …