Telefonunuzun radiasiyası nə qədərdir?
Hörmətli oxucu, yəqin ki, mobil telefonların zərərləri haqqında eşitmisən. Texnologiyadan hər kəs istifadə edir və əksər hallarda faydalanır. Ancaq texnoloji cihazların yan təsirlərinin olduğu da danılmaz həqiqətdir. Mobil telefonlar da bu qəbildəndir. Mobil telefonlar haqqında eşitdiyimiz ən çox tənqidlər şüa, radiasiya ilə bağlıdır. Hər bir mobil telefonda bir miqdar radiasiyanın olduğu doğrudur. Sizin telefonunuzun da radiasiyası var, bunun sizə zərəri mövcuddur. Ancaq görəsən hansı səviyyədə?
Bu sualın cavabını tapmaq imkanınız böyükdür. Bunun üçün çevrə dostu bir qrupun hazırladığı siyahıdan istifadə edəcəksiniz. Environmental Working Group-un səhifəsinə keçid alın və siyahıdan öz telefonunuzu və sizin üçün maraqlı olan telefonların radiasiya səviyyələrinə baxın. Siyahıda ən az radiasiyaya sahib telefon modelləri LG, Samsung, Motorola və s. görəcəksiniz.



